Bu gün AFFA-nın inzibati binasında Azərbaycan Kuboku uğrunda yarışın 2020/21-ci illər mövsümünün püşkü atılıb.
12 komandanın iştirakı ilə keçiriləcək kubok mövsümündə mübarizə 1/8 final mərhələsindən başlayacaq. 1/4 final mərhələsindən etibarən oyunlarda ev-səfər prinsipi tətbiq olunacaq:
1/8 final
24 dekabr
1. “Səbail” – “Zaqatala”
2. “Turan Tovuz” – “Qəbələ”
3. “Sabah” – “Kəpəz”
4. “Qaradağ Lökbatan” – “Zirə”
1/4 final
1-2/6-7 fevral, 2021
5. “Sumqayıt” – 1-ci cütün qalibi
6. “Qarabağ” – 2-ci cütün qalibi
7. “Keşlə” – 3-cü cütün qalibi
8. “Neftçi” – 4-cü cütün qalibi