az en
News / Azərbaycan millisi Andorra üzərində qələbə qazanıb

Azərbaycan millisi Andorra üzərində qələbə qazanıb

FİFA Dərc olundu: 25.10.2026 Çap
Azərbaycan milli komandası FIFA U-15 Dünya Çempionatı və Festivalında növbəti oyununu keçirib.
Azərbaycan millisi Andorra üzərində qələbə qazanıb
Oktyabrın 25-də Hövsan Yarış Kompleksində baş tutan qarşılaşmada millimiz Andorra yığmasını 1:0 hesabı ilə məğlub edib. Görüşdə yeganə qolu Həsən Məhmədov vurub.
Oyunu AFFA-nın prezidenti Rövşən Nəcəf və qurumun digər rəhbər şəxsləri izləyiblər. Qarşılaşmadan sonra AFFA rəhbərliyi komanda üzvlərini qələbə münasibətilə təbrik edib.
Qeyd edək ki, Azərbaycan millisi turnirdə ilk oyununda Timor-Leste yığmasını 6:0 hesabı ilə məğlub edib. Yığmamız növbəti oyununu bu gün 19:30-da Hövsan Yarış Kompleksində Avstraliya yığmasına qarşı keçirəcək.
Turnirin oyunlarının nəticələri və təqvimi ilə bu link vasitəsilə tanış olmaq mümkündür.
 
Baş Sponsor