az en
News / Bu gün saat 13:00. Qazaxıstan (Qadınlar) – Azərbaycan (Qadınlar)

Bu gün saat 13:00. Qazaxıstan (Qadınlar) – Azərbaycan (Qadınlar)

A milli (Qadınlar) Dərc olundu: 27.10.2025 Çap
Qazaxıstanda təlim-məşq toplanışında olan qadın futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün ikinci yoldaşlıq görüşünü keçirəcək.
Bu gün saat 13:00. Qazaxıstan (Qadınlar) – Azərbaycan (Qadınlar)
A milli Qazaxıstan yığması ilə qarşılaşacaq. Çimkənd şəhər stadionunda təşkil olunacaq oyun Bakı vaxtı ilə saat 13:00-da başlanacaq. Matçı Özbəkistandan olan hakimlər briqadası idarə edəcək.
Qeyd edək ki, bu komandalar arasında oktyabrın 24-də keçirilən ilk oyunda millimiz 2:1 hesablı qələbə qazanıb.
 
27 oktyabr
 
Qazaxıstan (Qadınlar) - Azərbaycan (Qadınlar)
Çimkənd şəhər stadionu. Saat 13:00
Baş hakim: Roziyabonu Yusupova
Baş hakimin köməkçiləri: Kristina Sereda, Xayriniso Erkiniva
Dördüncü hakim:  Gulşoda Saidkulova
(Hakimlər briqadası Özbəkistandandır)
Baş Sponsor