az en
News / Millimiz (Qadınlar) Qazaxıstan yığmasına yenə qalib gəldi

Millimiz (Qadınlar) Qazaxıstan yığmasına yenə qalib gəldi

A milli (Qadınlar) Dərc olundu: 27.10.2025 Çap
Qazaxıstanda təlim-məşq toplanışında olan qadın futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün ikinci yoldaşlıq görüşünü keçirib.
Millimiz (Qadınlar) Qazaxıstan yığmasına yenə qalib gəldi
A milli Qazaxıstan yığması ilə qarşılaşıb. Çimkənd şəhər stadionunda təşkil olunan oyun Siyasət Əsgərovun yetirmələrinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qalibiyyət qolunu 82-ci dəqiqədə Nigar Mirzəliyeva vurub.
Qeyd edək ki, bu komandalar arasında oktyabrın 24-də keçirilən ilk oyunda millimiz 2:1 hesablı qələbə qazanıb.
Baş Sponsor