az en
News / Bu gün saat 19:00: Azərbaycan (Qadınlar) - Türkiyə (Qadınlar)

Bu gün saat 19:00: Azərbaycan (Qadınlar) - Türkiyə (Qadınlar)

A milli (Qadınlar) Dərc olundu: 04.06.2024 Çap
Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirəcək.
Bu gün saat 19:00: Azərbaycan (Qadınlar) - Türkiyə (Qadınlar)
B Liqasının I qrupunda yer alan millimiz dördüncü matçında Türkiyə yığması ilə qarşılaşacaq. “Liv Bona Dea Arena"da təşkil olunacaq görüş saat 19:00-da başlayacaq. “CBC Sport” kanalı vasitəsilə canlı yayımlanacaq qarşılaşmanı Danimarkadan olan hakimlər briqadası idarə edəcək.
Qeyd edək ki, qrup mərhələsinin ilk üç turundan sonra Türkiyə yığmasının 6, Azərbaycan millisinin isə 1 xalı var.
 
4 iyun 2024
Azərbaycan (Qadınlar) - Türkiyə (Qadınlar)
Liv Bona Dea Arena. Saat 19:00
Baş hakim: Nanna Löf Andersen
Baş hakimin köməkçiləri: Sidsel Rasmussen, Anna Kyaer Şmidt
Dördüncü hakim: Frida Klarlund
Baş Sponsor