az en
News / Bu gün saat 20:30: Moldova (U-19) – Azərbaycan (U-19)

Bu gün saat 20:30: Moldova (U-19) – Azərbaycan (U-19)

U-19 Dərc olundu: 10.06.2024 Çap
19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Moldovada təşkil edilən yoldaşlıq turnirində bu gün sonuncu oyununu keçirəcək.
Bu gün saat 20:30: Moldova (U-19) – Azərbaycan (U-19)
Millimiz meydan sahiblərinin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq. Tiraspolun “Şerif” stadionunda tutacaq görüş Bakı vaxtı ilə saat 20:30-da başlayacaq.
Qeyd edək ki, U-19 turnirin ilk iki matçında Qazaxıstan yığmasına 2:0 hesabı ilə qalib gəlib, Türkiyə millisinə 0:5 hesabı ilə məğlub olub.
Baş Sponsor 
Partnyorlar