az en
News / U-19 Moldova yığmasına qalib gəldi

U-19 Moldova yığmasına qalib gəldi

U-19 Dərc olundu: 25.02.2026 Çap
Moldovada təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası ilk yoxlama oyununu keçirib.
U-19 Moldova yığmasına qalib gəldi
U-19 Moldovanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. Vadul lui Voda şəhərində yerləşən yerli futbol federasiyasının Texniki Mərkəzində baş tutan görüş komandamızın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Millimizin heyətində qolları 61-ci dəqiqədə Nicat Nərimanov və 82-ci dəqiqədə İbrahim Babayev vurublar. Qeyd edək ki, bu komandalar arasında fevralın 27-də ikinci yoxlama oyunu təşkil olunacaq.
Baş Sponsor