19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsinin birinci raundu çərçivəsində bu gün son oyununa çıxacaq. B liqasının 6-cı qrupunda yer alan U-19 Litvanın Kaunas şəhərində Şimali İrlandiya yığması ilə qarşılaşacaq.
“Raudondvario” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 17:00-da başlanacaq. Qarşılaşmanı Portuqaliya və Moldovadan olan hakimlər briqadası idarə edəcək.
28 mart
17:00. Şimali İrlandiya (U-19) – Azərbaycan (U-19)
Baş hakim: Miguel Noqeyra (Portuqaliya)
Baş hakimin köməkçiləri: Paulo Bras (Portuqaliya), Anatolie Basiul (Moldova)
Dördüncü hakim: Yon Orlik (Moldova)
Kaunas, “Raudondvario” stadionu