Azərbaycanın UEFA Çempionlar Liqasındakı təmsilçisi “Qarabağ” bu gün Liqa mərhələsində ikinci oyununa çıxacaq. Komanda Danimarkanın “Kopenhagen” kollektivini qəbul edəcək. Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək görüş saat 20:45-də başlanacaq. Niderlanddan olan hakimlər briqadasının idarə edəcəyi qarşılaşma “CBC Sport” kanalı vasitəsilə canlı yayımlanacaq.
1 oktyabr
“Qarabağ” (Azərbaycan) – “Kopenhagen” (Danimarka)
Tofiq Bəhramov adına Respublika Stadionu. Saat 20:45
Baş hakim: Serdar Gözübüyük
Baş hakimin köməkçiləri: Ervin Zeinstra, Patrik İnia
Dördüncü hakim: Yannik Van Der Laan
VAR: Rob Dieperink
AVAR: Jeroen Manşot
(Hakimlər briqadası Niderlanddandır)