az en
News / “Cəbrayıl” AFFA Region Liqasının qalibi olub (fotoreportaj)

“Cəbrayıl” AFFA Region Liqasının qalibi olub (fotoreportaj)

Region liqası Dərc olundu: 20.05.2022 Çap
AFFA-nın təşkil etdiyi Region Liqasının 2021-2022-ci illər mövsümünə yekun vurulub. 
“Cəbrayıl” AFFA Region Liqasının qalibi olub (fotoreportaj)
Bu gün Şamaxı şəhər stadionunda 3-cü yer uğrunda oyunda “Qusar” və “Araz-Naxçıvan” komandaları qarşılaşıb. Rəqibini 2:1 hesabı ilə məğlub edən “Araz Naxçıvan” bürünc medallara yiyələnib. Final qarşılaşmasında isə “Cəbrayıl” və “Xan Lənkəran” komandaları üz-üzə gəlib. Həlledici oyunda rəqibi üzərində 1:0 hesablı qələbə qazanan “Cəbrayıl” komandası AFFA Region Liqasının 2021-2022-ci illər mövsümünün qalibi olub. Final oyunundan sonra mükafatlandırma mərasimi təşkil olunub. Əvvəlcə final oyununun hakimlərinə diplom və xatirə hədiyyələri verilib. “Cəbrayıl” komandasının üzvü Tapdıq Əhmədov mövsümün ən yaxşı oyunçusu kimi mükafatlandırılıb. Daha sonra müvafiq olaraq, “Araz-Naxçıvan”, “Xan Lənkəran” və çempion “Cəbrayıl” komandasına medallar təqdim olunub.
Mükafatları AFFA-nın baş katibi Sərxan Hacıyev, AFFA-nın vitse-prezidenti Vaqif Sadıqov, Regional Futbol Federasiyaları İctimai Birliyinin prezidenti, AFFA İcraiyyə Komitəsinin üzvü İsgəndər Cavadov təqdim ediblər.
Qeyd edək ki, “Cəbrayıl” komandası 2022-2023-cü illər mövsümündə ölkəmizi UEFA Region Liqasında təmsil edəcək.
 
Baş Sponsor 
Partnyorlar