az en
News / “D” kateqoriyalı məşqçi kursları keçiriləcək

“D” kateqoriyalı məşqçi kursları keçiriləcək

Məşqçi kursları Dərc olundu: 05.02.2025 Çap
AFFA-nın təşkilatçılığı, UEFA-nın dəstəyi ilə martın 1-3-ü aralığında UEFA-nın “HatTrick” proqramı çərçivəsində “D” kateqoriyalı məşqçi kursları keçiriləcək.
“D” kateqoriyalı məşqçi kursları keçiriləcək
Kurs zamanı dərslər həm nəzəri, həm praktiki hissədən ibarət olmaqla AFFA-nın məşqçi kurslarının təlimatçıları tərəfindən AFFA-nın Təhsil və Reabilitasiya Mərkəzində keçiriləcək.
Kursda iştirak etmək ödənişsizdir. İştirak etmək istəyən 18 yaşına çatmış şəxslər 12 fevral 2025-ci il tarixinədək aşağıda qeyd olunan linkə keçid edərək anketi doldura bilərlər. Qeydiyyatdan keçən ilk 30 nəfər (kişi və qadın) kurslara cəlb ediləcək. Kurslara iştirak haqqı qazanmış şəxslərə bu barədə geridönüş ediləcək.
 
Qeydiyyatdan keçmək üçün link: bit.ly/AFFA-D-Kursu
Baş Sponsor