az en
News / “D” kateqoriyalı məşqçi kurslarına yekun vurulub

“D” kateqoriyalı məşqçi kurslarına yekun vurulub

Məşqçi kursları Dərc olundu: 20.03.2026 Çap
AFFA və Bakı Futbol Federasiyasının (BFF) birgə təşkilatçılığı ilə Bayıl stadionunda keçirilən “D” kateqoriyalı məşqçi kurslarına yekun vurulub.
“D” kateqoriyalı məşqçi kurslarına yekun vurulub
Üç gün davam edən kurs nəzəri və praktiki hissələrdən ibarət olmaqla, iştirakçıların məşqçilik sahəsində ilkin bilik və bacarıqlarının formalaşdırılmasına yönəlib. Tədris proqramı çərçivəsində müasir məşq metodikası, uşaq və yeniyetmələrlə iş prinsipləri, məşq prosesinin planlaşdırılması, təhlükəsizlik qaydaları, eləcə də kütləvi futbolun əsas prinsipləri iştirakçılara ətraflı şəkildə izah olunub. Praktiki məşğələlər zamanı isə məşqçilər əldə etdikləri bilikləri meydanda tətbiq etmək imkanı qazanıblar.
Kursun son günündə keçirilən bağlanış mərasimində AFFA-nın Kütləvi Futbol Departamentinin rəhbəri Fərrux İsmayılov və Bakı Futbol Federasiyasının prezidenti Tahir Süleymanov iştirak ediblər. Çıxış edən rəsmilər ölkədə kütləvi futbolun və uşaq futbolunun inkişafında ixtisaslı məşqçilərin rolunu xüsusi vurğulayaraq, kurs iştirakçılarını uğurla başa vurduqları təlim münasibətilə təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.
Bildirilib ki, bu cür kurslar regionlarda və paytaxtda futbol infrastrukturunun gücləndirilməsinə, həmçinin məşqçi potensialının artırılmasına mühüm töhfə verir.
 
Baş Sponsor