az en
News / “Azarkeşlərin dəstəyi ilə qalib gəlmək istəyirik”

“Azarkeşlərin dəstəyi ilə qalib gəlmək istəyirik”

Məşqçilər Dərc olundu: 29.03.2026 Çap
“FIFA Series - 2026” beynəlxalq turniri çərçivəsində martın 30-da Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək Azərbaycan – Syerra Leone oyunu öncəsi təşkil olunan mətbuat konfransında millimizin baş məşqçisi Ayxan Abbasov və komandamızın müdafiəçisi Qismət Alıyevin səsləndirdiyi fikirləri nəzərinizə çatdırırıq:
“Azarkeşlərin dəstəyi ilə qalib gəlmək istəyirik”
Ayxan Abbasov: “Turnirdə ikinci oyunumuzu keçirəcəyik. Rəqib ilk matçına çıxacağı üçün müəyyən üstünlüyü var. Buna baxmayaraq, evdə azarkeşlərin dəstəyi ilə qalib gəlmək istəyirik. Syerra Leone iki gün əvvəl qarşılaşdığımız Sent Lüsiyadan fərqli rəqibdir, reytinqdə bizdən üstündür. İnanıram ki, ilk matçdakı ciddiyyət və istək bu dəfə daha çox olacaq. Çünki rəqib bunu tələb edir. Millimiz ilk dəfə Afrika komandası ilə qarşılaşacaq. Tanımadığımız rəqiblərlə oynamaq yaxşıdır, futbolçular üçün dəyişiklik olur”.
Qismət Alıyev: “Sabah bizim üçün daha bir önəmli oyun olacaq. Belə matçlar Millətlər Liqası öncəsi çox vacibdir. Sabahkı görüşdə ən yaxşısını etməyə çalışacağıq ki, xalqımızı sevindirək”.
 
Baş Sponsor