Azərbaycan milli komandasının baş məşqçisi Ayxan Abbasov “FIFA Series – 2026” beynəlxalq turnirdə Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda Sent Lüsiya yığması ilə keçirilən oyundan (6:1) sonra mətbuat konfransında fikirlərini bildirib:
“Bu gün yağışlı havada bizi tək qoymayan azarkeşləri təbrik edirəm. Belə havada oynamaq çətin idi. Meydança ağırlaşdığından, hər iki komanda çətinlik çəkirdi. Erkən qol vurmaq istəyirdik və buna nail olduq. Özümüzə inam baxımından bu qalibiyyət sevindiricidir. Syerra Leone ilə matça ciddi hazırlaşacağıq. Növbəti rəqibimiz daha güclüdür. Azarkeşlərimizi sevindirmək istəyirik”.
Qeyd edək ki, millimiz turnir çərçivəsində növbəti oyununu martın 30-da Syerra Leone yığmasına qarşı keçirəcək.