21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Rəşad Eyyubov Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Bakıda Portuqaliya yığması ilə keçirilən oyundan (0:4) sonra fikirlərini bildirib:
“Birinci hissədə oyuna köklənmə yüksək səviyyədə idi. Buna görə oyunçulara təşəkkür edirəm. İkinci hissədə təəssüf ki, bunu itirdik. Bizim ən böyük problemimiz standart vəziyyətlərdir. Belə epizodlardan 3 qol buraxdıq. Rəqib intensivlik baxımından bizdən üstün idi”.
Qeyd edək ki, U-21 növbəti oyununu martın 31-də səfərdə Bolqarıstan seçməsinə qarşı keçirəcək.