az en
News / “İnanıram ki, maksimum nəticə qazanacağıq”

“İnanıram ki, maksimum nəticə qazanacağıq”

Məşqçilər Dərc olundu: 26.03.2026 Çap
“FIFA Series - 2026” beynəlxalq turniri çərçivəsində martın 27-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək Azərbaycan – Sent Lüsiya oyunu öncəsi təşkil olunan mətbuat konfransında millimizin baş məşqçisi Ayxan Abbasov və komandamızın yarımmüdafiəçisi Emin Mahmudovun səsləndirdiyi fikirləri nəzərinizə çatdırırıq:
“İnanıram ki, maksimum nəticə qazanacağıq”
Ayxan Abbasov: “Millətlər Liqasına qədər ümumilikdə iki toplanışımız olacaq. Hazır olmaq üçün bu toplanışlardan maksimum istifadə etməyə çalışacağıq. Əsas məqsədimiz Millətlər Liqasında C Liqasına yüksəlməkdir. Buna hazır olmaq üçün də qarşıdakı oyunlar vacibdir. Sevindirici haldır ki, milliyə dəvət olunanların əhval-ruhiyyəsi, idman forması yaxşıdır. Qarşıdakı iki matçda hər kəsə şans verməyə çalışacağıq. Futbolçuların bir-birilərinə uyğunlaşmaları çox vacibdir. Çünki çox vaxtımız olmayacaq. Rəqiblər bizim üçün yad komandalar olsa da, futbolçuları məlumatlandırmağa çalışdıq. İnanıram ki, hər iki oyunda maksimum nəticə qazanacağıq. Komanda bunun üçün əlindən gələni edəcək”.
Emin Mahmudov: “2026-cı ildə ilk oyunumuz olacaq. Buna görə də yaxşı oyun göstərməyə çalışacağıq. Nəticə bizim üçün vacibdir. Qələbə qazanmaq istəyirik. Milli səviyyəsində asan oyun olmur. Rəqibin kimliyindən asılı olmayaraq, qalib gəlməliyik”.
 
Baş Sponsor