az en
News / Siyasət Əsgərov Türkiyə klubunun xüsusi qonağıdır

Siyasət Əsgərov Türkiyə klubunun xüsusi qonağıdır

Məşqçilər Dərc olundu: 23.03.2026 Çap
Qadınlardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Siyasət Əsgərov Türkiyədə səfərdədir. O, qadınlardan ibarət Birinci Liqa klubu “Qaziantep Safir”in prezidenti Murat Kocaardıçın dəvəti ilə bu ölkəyə yollanıb və hazırda klub rəhbərinin xüsusi qonağı kimi komandanın düşərgəsində iştirak edir.
Siyasət Əsgərov Türkiyə klubunun xüsusi qonağıdır
Siyasət Əsgərov səfər çərçivəsində “Qaziantep Safir”in məşqçilər korpusu ilə bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparır, məşq proseslərini yaxından izləyir və öz təcrübəsini həmkarları ilə bölüşür. O, 2022/2023-cü illər mövsümündə Türkiyənin “Fomget” qadın komandası ilə ölkə çempionluğunu qazanıb.
Baş məşqçi səfər zamanı “Qaziantep Safir”in martın 24-də “Haymana”ya qarşı keçirəcəyi pley-off qarşılaşmasını da stadiondan izləyəcək. Həmin oyunda Azərbaycan milli komandasının futbolçuları da üz-üzə gələcək. Belə ki, Coşqunə Əliyeva “Qaziantep Safir”in, Aysun Muradova isə “Haymana”nın heyətində çıxış edir. Matçın qalibi Türkiyə Superliqasına vəsiqə qazanacaq.
 
 
Baş Sponsor