az en
News / Rəşad Eyyubov: “Fiziki baxımdan oyuna hazırıq”

Rəşad Eyyubov: “Fiziki baxımdan oyuna hazırıq”

Məşqçilər Dərc olundu: 26.03.2026 Çap
21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Rəşad Eyyubov Avropa çempionatının seçmə mərhələsində Portuqaliya ilə keçiriləcək oyunöncəsi fikirlərini bildirib:
Rəşad Eyyubov: “Fiziki baxımdan oyuna hazırıq”
“Bəzi oyunçularımız Əvəzedicilər liqasında, bəziləri I Liqada, bəziləri isə Premyer Liqada çıxış edirlər. Bu səbəbdən komandanı balanslaşdırmağa çalışdıq. Düşünürəm ki, fiziki baxımdan oyuna hazırıq. Taktiki baxımdan da qısa müddət ərzində futbolçulara maksimum məlumat ötürməyə çalışdıq. Futbolçulara daim deyirəm ki, özünüzə inanın, hədəflərinizi maksimum qoyun. Sadəcə sözlə yox, bunu əməllə meydançada göstərmək lazımdır”.
Qeyd edək ki, martın 27-də 8-ci km qəsəbə stadionunda keçiriləcək Azərbaycan – Portuqaliya oyunu saat 15:00-da başlanacaq.
Baş Sponsor