FIFA referisi Elçin Məsiyev növbəti təyinat alıb.
E.Məsiyev UEFA Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyunu çərçivəsində keçiriləcək “ÇFR Kluj” (Rumıniya) - “Braqa” (Portuqaliya) qarşılaşmasının baş hakimi olacaq. Ona Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Fərid Hacıyev yerinə yetirəcək. İspaniyalı Sezar Soto Qrado VAR, Alexandro Munyis Ruiz isə AVAR kimi fəaliyyət göstərəcək.
Görüş avqustun 7-də Kluj-Napoka şəhərində yerləşən “ÇFR Kluj” stadionunda keçiriləcək.