az en
News / İntizam Komitəsinin qərarları

İntizam Komitəsinin qərarları

İntizam Komitəsi Dərc olundu: 27.11.2025 Çap
23.11.2025-ci il tarixində II Liqada X turun “Quba” – “Ağstafa Gəncləri” oyununun 21-ci dəqiqəsində “Quba” komandasının 5 nömrəli futbolçusu Ramin Məhərrəmov rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun oyuna buraxılmasın, “Quba” komandası 100 manat cərimə edilsin (maddə 46);
İntizam Komitəsinin qərarları
23.11.2025-ci il tarixində II Liqada X turun “Quba” – “Ağstafa Gəncləri” oyununun 61-ci dəqiqəsində “Quba” komandasının azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə “Quba” komandası 300 manat cərimə edilsin (maddə 86.3);
 
23.11.2025-ci il tarixində II Liqada X turun “Quba” – “Ağstafa Gəncləri” oyununda “Ağstafa Gəncləri” komandasında 6 nəfər sarı vərəqə aldığı üçün “Ağstafa Gəncləri” komandası 70 manat cərimə edilsin (maddə 43.1);
 
24.11.2025-ci il tarixində II Liqada X turun “Göygöl” – “Şəmkir” oyununa Təcili Tibbi Yardım avtomobili gec gəldiyinə görə matç gec başladığı üçün “Göygöl” komandası 200 manat cərimə edilsin (maddə 57.2);
 
25.11.2025-ci il tarixində II Liqada X turun “Kür-Araz” – “Xankəndi” oyununda “Kür-Araz” komandası matçın ilkin protokolunu elektron sistemdə gec təsdiq etdiyinə görə “Kür-Araz” komandası 150 manat cərimə edilsin (maddə 84.1);
 
23 noyabr 2025-ci il tarixində AFFA Region Liqasında keçirilən Ramana FK-Mübariz Futbol Akademiyası oyununda Ramana FK komandasının heyətində N18 futbolçu Rövşən Heydərov qarşılaşmanın 80-ci dəqiqəsində qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə cəzalandırıldığı üçün növbəti 1 (bir) oyuna buraxılmasın. (Maddə 17.5)
 
23 noyabr 2025-ci il tarixində AFFA Region Liqasında keçirilən Real FK-Capital Baku FK oyununda Real FK komandasının rəsmisi Nahid Səmədov qarşılaşmanın 35-ci dəqiqəsində hakimlər briqadasını təhqir etdiyinə görə qırmızı vərəqə ilə cəzalandırıldığı üçün növbəti 4 (dörd) oyuna buraxılmasın. (Maddə 52.4)
 
23 noyabr 2025-ci il tarixində AFFA Region Liqasında keçirilən Real FK-Capital Baku FK oyununda qarşılaşmanın 34-cü dəqiqəsində Capital Baku FK komandasının heyətində N4 futbolçu Məmmədağa Ağaəliyev rəqibi aşkar qol vurmaq imkanından məhrum etdiyinə görə qırmızı vərəqə ilə cəzalandırıldığı üçün növbəti 1 (bir) oyuna buraxılmasın. (Maddə 46)
 
23 noyabr 2025-ci il tarixində AFFA Region Liqasında keçirilən Universal Football Academy-Şirvanovka FK oyununda Şirvanovka FK komandasının heyətində N15 futbolçu Loğman Camirzəyev qarşılaşmanın 82-ci dəqiqəsində hakimlər briqadasını təhqir etdiyinə görə qırmızı vərəqə ilə cəzalandırıldığı üçün növbəti 4 (dörd) oyuna buraxılmasın. (Maddə 52.4)
 
22 noyabr 2025-ci il tarixində AFFA Region Liqasında keçirilən Topçular FK-Crystal FK oyununda Crystal FK komandasının heyətində N19 futbolçu Nurlan İsayev qarşılaşmanın 90+4-cü dəqiqəsində qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün növbəti 1 (bir) oyuna buraxılmasın. (Maddə 17.5)
 
22 noyabr 2025-ci il tarixində AFFA Region Liqasında keçirilən Topçular FK-Crystal FK oyununda qarşılaşmanın 90+5-ci dəqiqəsində Topçular FK komandasının heyətində N4 futbolçu Anar Əliyev qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün növbəti 1 (bir) oyuna buraxılmasın. (Maddə 17.5)
 
23 noyabr 2025-ci il tarixində AFFA Region Liqasında keçirilən Ərkivan (Masallı) -Naxçıvan FK oyununda Naxçıvan FK komandasının heyətində N2 futbolçu Əbdül Əbdülov qarşılaşmanın 76-cı dəqiqəsində təcavüzkar davranışa görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün və meydanı tərk edərkən hakimlər briqadasını təhqir etdiyi üçün növbəti 5 (beş) oyuna buraxılmasın. (Maddə 45.1 və 52.4)
 
23 noyabr 2025-ci il tarixində AFFA Region Liqasında keçirilən Xıdırlı FK- Salyan OİK oyununda Salyan OİK komandasının heyətində N55 futbolçu Nahid Mehrəliyev qarşılaşmanın 58-ci dəqiqəsində rəqibi aşkar qol vurmaq imkanından məhrum etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün növbəti 1 (bir) oyuna buraxılmasın. (Maddə 46)
 
22 noyabr 2025-ci il tarixində AFFA Region Liqasında keçirilən Viləş PFK-Biləsuvar FK oyununda Viləş PFK komandasının heyətində N2 futbolçu Rəvan Murtuzayev qarşılaşmanın 60-cı dəqiqəsində rəqibi aşkar qol vurmaq imkanından məhrum etdiyinə görə qırmızı vərəqə ilə cəzalandırıldığı üçün növbəti 1 (bir) oyuna buraxılmasın. (Maddə 46)
 
22 noyabr 2025-ci il tarixində AFFA Region Liqasında keçirilən Viləş PFK-Biləsuvar FK oyununda qarşılaşmanın 77-ci dəqiqəsində Biləsuvar FK komandasının heyətində N9 futbolçu Habil İsmayılzadə hakimin qərarına etiraz etdiyinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün növbəti 1 (bir) oyuna buraxılmasın. (Maddə 50.2)
 
22 noyabr 2025-ci il tarixində AFFA Region Liqasında keçirilən Viləş PFK-Biləsuvar FK oyununda qarşılaşmanın 90-cı dəqiqəsində Viləş PFK komandasının heyətində N44 futbolçu Şəmsəddin Məmmədli qarşılaşmanın 90-cı dəqiqəsində ciddi kobud oyuna görə qırmızı vərəqə ilə cəzalandırıldığı üçün növbəti 2 (iki) oyuna buraxılmasın (Maddə 44.1)
         
22 noyabr 2025-ci il tarixində AFFA Region Liqasında keçirilən Tərtər PFK-Balakən FK oyununda Balakən FK komandasının heyətində N25 futbolçu İlqar Cumayzadə qarşılaşmanın 34-cü dəqiqəsində rəqibi aşkar qol vurmaq imkanından məhrum etdiyinə görə qırmızı vərəqə ilə cəzalandırıldığı üçün növbəti 1 (bir) oyuna buraxılmasın. (Maddə 46)
 
21 noyabr 2025-ci il tarixində AFFA Gənclər Liqasında keçirilən Şamaxı FK-Qarabağ FK oyununda Şamaxı FK komandası əvəzetmə limitini pozduğu üçün (əsas heyətdə 5 nəfər 2007-ci il təvəllüdlü futbolçu olmalıdır) Şamaxı FK komandasına texniki məğlubiyyət verilsin. Hesab olduğu kimi saxlanılsın (Maddə 50)
 
22 noyabr 2025-ci il tarixində AFFA Gənclər Liqasında keçirilən Sumqayıt FK-Neftçi PFK oyununda Neftçi PFK komandasının heyətində N15 futbolçu Turan Məmmədov qarşılaşmanın 67-ci dəqiqəsində təvavüzkar davranışa görə qırmızı vərəqə ilə cəzalandırıldığı üçün növbəti 3 (üç) oyuna buraxılmasın. (Maddə 45.1)
 
22 noyabr 2025-ci il tarixində AFFA U-17 Liqasında keçirilən Neftçi PFK-Dinamo (Bakı) FK oyununda Dinamo (Bakı) FK komandasının heyətində N5 futbolçu Harun Pirməmmədli qarşılaşmanın 71-ci dəqiqəsində qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün növbəti 1 (bir) oyuna buraxılmasın. (Maddə 17.5)
 
22 noyabr 2025-ci il tarixində AFFA U-17 Liqasında keçirilən Lion PFK-Turan Tovuz FK oyununda Lion PFK komandasının heyətində N6 futbolçu Qiyas Əliyev qarşılaşmanın 54-cü dəqiqəsində təcavüzkar davranışa (rəqibi əli ilə vurduğuna) görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün növbəti 3 (üç) oyuna buraxılmasın. (Maddə 45.1)
 
22 noyabr 2025-ci il tarixində AFFA U-14 Liqasında keçirilən Qaradağ Lökbatan-İnter UFK oyununda Qaradağ Lökbatan komandasının heyətində N3 futbolçu Nihatcan Kalmaz qarşılaşmanın 64-cü dəqiqəsində ciddi qayda pozuntusuna görə qırmızı vərəqə ilə cəzalandırıldığı üçün növbəti 1 (bir) oyuna buraxılmasın (Maddə 44.1)
 
21 noyabr 2025-ci il tarixində AFFA U-14 Liqasında keçirilən Binə FK-Young Pro oyunu bitdikdən sonra Binə FK komandasının heyətində N17 futbolçu İbrahim Musayev rəqibi təhqir etdiyinə görə qırmızı vərəqə ilə cəzalandırıldığı üçün növbəti 2 (iki) oyuna buraxılmasın. (Maddə 52.3)
 
21 noyabr 2025-ci il tarixində AFFA U-14 Liqasında keçirilən Binə FK-Young Pro oyunu bitdikdən sonra Young Pro komandasının heyətində N16 futbolçu Hüseyn Hüseynov rəqibi təhqir etdiyinə görə qırmızı vərəqə ilə cəzalandırıldığı üçün növbəti 2 (iki) oyuna buraxılmasın. (Maddə 52.3)
 
23 noyabr 2025-ci il tarixində AFFA U-14 Liqasında keçirilən European Football Academy-Liman UFK oyununda European Football Academy komandasının heyətində N15 futbolçu Əli Əlizadə qarşılaşmanın 23-cü dəqiqəsində aqressiv davranışa görə qırmızı vərəqə ilə cəzalandırıldığı üçün növbəti 2 (iki) oyuna buraxılmasın (Maddə 45.1)
 
16 noyabr 2025-ci il tarixində AFFA U-13 Liqasında keçirilməli olan Sumqayıt City-Məhəllə uşaqları oyunu Sumqayıt City təyin edilən vaxtda meydanda olmadığına görə baş tutmadığı üçün Sumqayıt City komandasına 0:3 hesablı texniki məğlubiyyət verilsin (Maddə 79.1)
 
20 noyabr 2025-ci il tarixində AFFA U-13 Liqasında keçirilən Viləş PFK-Ahmedoğlu FK oyununda Ahmedoğlu FK komandasının heyətində N4 futbolçu Şamxal Məmmədov qarşılaşmanın 41-ci dəqiqəsində rəqibi aşkar qol vurmaq imkanından məhrum etdiyinə görə qırmızı vərəqə ilə cəzalandırıldığı üçün növbəti 1 (bir) oyuna buraxılmasın. (Maddə 46)
 
22 noyabr 2025-ci il tarixində AFFA U-13 Liqasında keçirilən Olimpiya UFK-İCBFA oyunu bitdikdən İCBFA komandasının baş məşqçisi Zahid Məmmədov hakimlər briqadasını təhqir etdiyi üçün növbəti 4 (dörd) oyuna buraxılmasın. (Maddə 52.4)
 
23 noyabr 2025-ci il tarixində AFFA U-13 Liqasında keçirilən Marafon İK-Şirvan OİK oyununda Şirvan OİK komandasının heyətində N11 futbolçu Əhməd Qurbanzadə qarşılaşmanın 50-ci dəqiqəsində düşüncəsiz qayda pozuntusuna görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün növbəti 1 (bir) oyuna buraxılmasın. (Maddə 17.5)
 
23 noyabr 2025-ci il tarixində AFFA U-13 Liqasında keçirilən Hacıqabul-İmişli PFK oyununda Hacıqabul komandasının məşqçisi Xudat İsrafilov qarşılaşmanın 20-ci dəqiqəsində hakimlər briqadasını təhqir etdiyi üçün növbəti 4 (dörd) oyuna buraxılmasın. (Maddə 52.4)
 
Qeyd: İntizam Komitəsinin qərarından apellyasiya şikayəti bu barədə bildiriş verildikdən sonra 15 (on beş) gün ərzində Apellyasiya Arbitraj Tribunalın İntizam Palatasına verilə bilər.
Baş Sponsor