FIFA tərəfindən 10.12.2024-cü il tarixində FIFA-nın Agent Nizamnaməsinə edilmiş dəyişikliklər 01.01.2025-ci il tarixindən qüvvəyə minib.
Bu dəyişiklikərin mahiyyəti daha çox şəxslərin futbol agenti imtahanında iştirak etməsi və əlavə səyahət xərclərinin qarşısının alınmasından ibarətdir. Nəticə olaraq futbol agenti olmaq istəyən şəxslər artıq futbol agenti imtahanında onlayn qaydada (üzv assosiasiyaya gəlmədən) iştirak edə bilərlər.
Bundan əlavə, 2025-ci il üzrə qeydiyyat və imtahan tarixləri aşağıdakı kimi müəyyənləşdirilib:
Qeydiyyat dövrü: 04.03.2025-17.04.2025
İmtahan vaxtı: 18.06.2025
Habelə, FIFA-nın qərarına əsasən, 2025-ci ildən etibarən hər il üzrə yalnız bir dəfə imtahan keçiriləcək.
Əlaqələndirici şəxs: Rəvan Qasımov
Əlaqə telefonu: +994 12 404 2777; daxili 1178