Futbol agenti fəaliyyəti ilə məşğul olmaq istəyən namizədlərin 2026-cı il üzrə rəsmi imtahan təqvimi FIFA tərəfindən təsdiqlənib.
Lisenziya əldə etmək istəyən namizədlər üçün qeydiyyat 20.01.2026-cı il tarixindən 06.03.2026-cı il tarixinədək davam edəcək.
Əsas imtahan sessiyaları 2026-cı ilin 28, 29 və 30 aprel tarixlərində keçiriləcək. Aprel ayındakı sessiyalara qeydiyyat sayının çoxluğu və tələbatdan asılı olaraq, növbəti mərhələdə 5, 6 və 7 may tarixləri üçün də əlavə imtahan sessiyalarının açılması nəzərdə tutulur.
İmtahanla bağlı bütün texniki məsələlər, qeydiyyat proseduru ilə bağlı məlumatlar “FIFA Agent Platform” və
https://www.fifa.com saytında yerləşdirilib. Namizədlərin qeyd olunan müddət ərzində müraciət etmələri və sənədlərini tamamlamaları, əlavə suallar yarandığı təqdirdə
[email protected] elektron ünvanına birbaşa müraciət edilməsi xahiş olunur.