az en
News / U-15 Dünya Çempionatı və Festivalı üçün oyunçu seçimi prosesi davam edir

U-15 Dünya Çempionatı və Festivalı üçün oyunçu seçimi prosesi davam edir

AFFA, FİFA Dərc olundu: 27.08.2026 Çap
22-31 oktyabr tarixlərində keçiriləcək U-15 Dünya Çempionatı və Festivalında iştirak edəcək Azərbaycan millisinin heyətinin formalaşdırılması üçün seçimlər davam edir.
Ölkə xaricində yaşayan və bu yaş qrupuna uyğun olan oyunçuların da seleksiyanın son günlərində iştirakı nəzərdən keçirilir.
U-15 Dünya Çempionatı və Festivalı üçün oyunçu seçimi prosesi davam edir
Azərbaycan pasportuna malik oyunçular Avropada fəaliyyət göstərən AFFA-nın skautu və Diaspora nümayəndəsi Nicat Abadlı ilə [email protected] elektron poçt ünvanı vasitəsilə əlaqə saxlayaraq, oyun videolarını göndərə bilərlər. İlkin seçim prosesindən keçən oyunçuların Azərbaycanda keçiriləcək seleksiyanın son günlərində iştirakı mümkün olacaq.
Seleksiya prosesinin əsas məqsədi ölkə və ölkə xaricində olan bütün potensiallı oyunçuları nəzərdən keçirmək və hər bir oyunçuya Azərbaycan millisində oynamaq imkanı yaratmaqdır. Bununla yanaşı, ən yaxşı və güclü oyunçuların milli komandaya dəvət olunması və ölkəmizin U-15 Dünya Çempionatı və Festivalında layiqli şəkildə təmsil olunması hədəflənir
Baş Sponsor