az en
News / FIFA referisi Elçin Məsiyev növbəti təyinat alıb

FIFA referisi Elçin Məsiyev növbəti təyinat alıb

Hakimlər Dərc olundu: 18.08.2025 Çap
Elçin Məsiyev UEFA Konfrans Liqasının pley-off mərhələsi çərçivəsində keçiriləcək “Çelye” (Sloveniya) - “Banik” (Çexiya) qarşılaşmasının baş hakimi olacaq. Ona Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Fərid Hacıyev yerinə yetirəcək. İtaliyalı Luka Pairetto VAR, digər referimiz Rəşad Əhmədov isə AVAR kimi fəaliyyət göstərəcək.
Görüş avqustun 21-də Çelye şəhərində yerləşən eyniadlı stadionda keçiriləcək.
 
FIFA referisi Elçin Məsiyev növbəti təyinat alıb
Baş Sponsor