AFFA-nın təşkilatçılığı ilə Təhsil və Reabilitasiya Mərkəzində UEFA B kateqoriyalı fitnes məşqçilik kursunun I mərhələsi başlayıb.
Sentyabrın 4-dək davam edəcək məşğələlərə AFFA Təhsil Proqramının rəhbəri Aslan Kərimov və UEFA təlimatçısı Fritz Schmid rəhbərlik edirlər. Kursun açılışında AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev də iştirak edib.