az en
News / Fəridə Lütfəliyeva 3 oyuna təyinat alıb

Fəridə Lütfəliyeva 3 oyuna təyinat alıb

Hakimlər Dərc olundu: 31.03.2025 Çap
FIFA referisi Fəridə Lütfəliyeva növbəti təyinat alıb.
Fəridə Lütfəliyeva 3 oyuna təyinat alıb
F.Lütfəliyeva 19 yaşadək qadın futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının II seçmə mərhələsinin B Liqasında keçiriləcək oyunları idarə edəcək. O, II qrup çərçivəsində aprelin 1-də Farer adaları – Moldova, 7-də Moldova – Kipr matçlarının baş hakimi olacaq. FIFA referisi aprelin 4-də Estoniya – Moldova qarşılaşmasında dördüncü hakim funksiyasını yerinə yetirəcək. Gülnurə Əkbərzadə isə həmin görüşlərin köməkçi hakimi olacaq.
Qeyd edək ki, qrupun oyunları Moldovada təşkil olunacaq.
Baş Sponsor