az en
News / Əliyar Ağayevə UEFA-dan növbəti təyinat

Əliyar Ağayevə UEFA-dan növbəti təyinat

Hakimlər Dərc olundu: 17.02.2026 Çap
FIFA referisi Əliyar Ağayev növbəti təyinat alıb. Ə.Ağayev UEFA Konfrans Liqasının pley-off mərhələsi çərçivəsində keçiriləcək “KuPS” (Finlandiya) – “Lex” (Polşa) matçının baş hakimi olacaq.
Əliyar Ağayevə UEFA-dan növbəti təyinat
Ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Elçin Məsiyev yerinə yetirəcək. İngiltərəli Styuart Ettuell VAR, digər həmyerlimiz Nicat İsmayıllı AVAR kimi fəaliyyət göstərəcək.
Qarşılaşma fevralın 19-da Tampere şəhərindəki “Tammelan” stadionunda keçiriləcək.
Baş Sponsor