Azərbaycanın UEFA Konfrans Liqasındakı təmsilçisi “Qarabağ” bu gün pley-off mərhələsinin cavab oyununu keçirəcək.
Ağdam təmsilçisi Niderlandın “Tvente” komandasını Bakıda qəbul edəcək. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 20:00-da başlayacaq. Oyunu Norveçdən olan hakimlər briqadası idarə edəcək.
Komandalar arasında Niderlandda keçirilmiş ilk görüş “Qarabağ”ın 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Qarşılaşma CBC Sport telekanalı vasitəsilə canlı yayımlanacaq.
“Qarabağ”a həlledici oyunda uğurlar arzulayırıq!