az en
News / Futbol akademiyalarında növbəti təlimlər keçirilib

Futbol akademiyalarında növbəti təlimlər keçirilib

AFFA Dərc olundu: 07.10.2026 Çap
AFFA-nın Futbolun İnkişafı Departamenti tərəfindən futbol akademiyalarında həyata keçirilən maarifləndirici təlim proqramı çərçivəsində “Qarabağ”, “Zirə” və “Ulduz” futbol akademiyalarının məşqçiləri üçün təlim keçirilib.
Futbol akademiyalarında növbəti təlimlər keçirilib
Təlimdə akademiyalara nəzarət və keyfiyyət standartları üzrə supervayzer Sakit Rzayev, “Eyeball” platforması üzrə layihə meneceri Ziya Əskərov və koordinator Səid Abasov iştirak ediblər.
Görüş zamanı 5 ulduz sertifikatlaşdırma modeli, qiymətləndirmə və xal toplama mexanizmi, oyunçuların inkişaf yolu, yaş qrupları üzrə inkişaf və keçid, məşq prosesinin planlaşdırılması, həmçinin oyunçu profillərinin müəyyənləşdirilməsi ilə bağlı məlumat verilib.
Həmçinin “Eyeball” platformasının futbolçuların fərdi texniki göstəricilərinin təhlili, inkişaf ehtiyaclarının müəyyənləşdirilməsi və inkişaf prosesinin monitorinqi sahəsində yaratdığı imkanlar barədə təqdimat keçirilib.
Sonda akademiyaların koordinator və məşqçilərinin sualları cavablandırılıb, mövzular ətrafında fikir mübadiləsi aparılıb.
 
Baş Sponsor