20-21 may tarixlərində AFFA tərəfindən Azərbaycan milli komandaları, Misli Premyer Liqası və I Liqa klublarının həkimləri üçün UEFA-nın Football Education Proqramına əsasən “Futbolda zədələr” adlı seminar təşkil olunub.
AFFA-nın inzibati binasında baş tutan seminara Azərbaycan milli komandasının baş həkimi Vyaçeslav Xomenko rəhbərlik edib. Həmçinin, milli komandanın həkimləri Olcay Bayramov və Fuad Səfərov da çıxış ediblər.
Məqsəd komandalarda çalışan tibbi heyətin biliyini daha da təkmilləşdirmək, futbolda tez-tez baş verən zədələr və bunun UEFA standartlarına uyğun həlli yolları ilə həkimləri tanış etmək olub.