az en
News / Kütləvi futbol festivalı keçirilib (fotoreportaj)

Kütləvi futbol festivalı keçirilib (fotoreportaj)

Kütləvilik Dərc olundu: 09.12.2023 Çap
Bu gün AFFA-nın təşkilatçılığı ilə Bakı Olimpiya Stadionunda kütləvi futbol festivalı keçirilib. 
Kütləvi futbol festivalı keçirilib (fotoreportaj)
Festivala AFFA tərfindən keçirilən "Playmakers" və "FIFA Football In Schools" layihələrinin iştirakçıları cəlb olunub. 100-dən çox uşağın qatıldığı festivalda iştirakçılar futbol oynayıb əyləncəli vaxt keçirib. Ölkəmizdə səfərdə olan FIFA-nın baş katibi Fatma Samoura festival iştirakçıları ilə görüşüb. AFFA-nın baş katibi Sərxan Hacıyev assosiasiyanın futbolun kütləviləşməsi və hamıya əlçatan olması istiqamətində həyata keçirdiyi layihələr barədə qonağa məlumat verib. Tədbirdə FIFA-nın Avropa Milli Assosiasiyalar üzrə direktoru Elxan Məmmədov da iştirak edib. Sonda iştirakçılara AFFA tərəfindən müxtəlif hədiyyələr təqdim olunub.
 
Baş Sponsor 
Partnyorlar