az en
News / Kütləvi futbol layihələri üzrə qrant müsabiqəsi

Kütləvi futbol layihələri üzrə qrant müsabiqəsi

AFFA Dərc olundu: 07.04.2021 Çap
QRANT MÜSABİQƏSİ
Həyatınızın önəmli bir hissəsi futboldan ibarətdir? Həvəskar futbol yarışları təşkil edirsiniz? Və ya kütləvi futbolun inkişafına dair müxtəlif ideya və təklifləriniz var?
Cavab müsbətdirsə, bu təklifi gözdən qaçırmayın!
 
Kütləvi futbol layihələri üzrə qrant müsabiqəsi
Azərbaycan Futbol Federasiyaları Assosiasiyası Sizə layihənin reallaşdırılması və inkişafı üçün qrant udmaq şansını təklif edir!
Bunun üçün sadəcə 18.04.2021 tarixədək qeydiyyatdan keçib müvafiq müraciət formasını dolduraraq öz layihənizi bizimlə bölüşməyiniz lazımdır.
Qeydiyyat üçün link: https://qrant.affa.az/formpage.html
 
İdman növündən başqa, futbol cəmiyyətə sağlam həyat tərzini təklif edən bir mədəniyyətdir. Kütləvi futbol bizə liderlik, komandada çalışmaq və kommunikasiya bacarıqlarını inkişaf etdirməyi öyrədir, müxtəlif emosiyalar yaşadır, tamaşaçı və futbolçular arasında bağlılıq yaradır. Yaş, cins, milliyət və fiziki xüsusiyyətlərdən asılı olmayaraq, futbolu sevən hər bir kəs bu mədəniyyətin bir təmsilçisidir.
Azərbaycanda futbolu kompleks şəkildə inkişaf etdirmək üçün AFFA-nın müəyyənləşdirdiyi prioritetlərdən biri kütləvilikdir. Respublikanın bütün bölgələrində futbolun inkişafı, bu idman növü ilə məşğul olan uşaqlarda, yeniyetmələrdə, gənclərdə və daha böyük yaş qrupuna daxil olan şəxslərdə futbola maraq oyatmaq üçün daimi olaraq müxtəlif layihələrimiz icra olunur.
Elan etdiyimiz qrant ölkəmizdə ən maraqlı kütləvi futbol layihələrini aşkarlamaq və onlara dəstək olmaq məqsədi daşıyır.
 
Nominasiya:
Ən yaxşı kütləvi futbol layihəsi
 
Qrantın məqsədi:
- Perspektivli kütləvi futbol layihələrinin maarifləndirilməsi, dəstəklənməsi və gələcəkdə onların beynəlxalq səviyyəyə qaldırılması (UEFA Grassroots Awards);
- Paytaxt və xüsusilə regionlarda kütləvi futbol layihələrinin aşkarlanması;
- Uşaq, gənclər və digər yaş qruplarına aid insanlarda futbola və idmana marağın artırılması, asudə vaxtlarının səmərəli keçirmələri üçün əlverişli şəraitin yaradılması və sağlam həyat tərzinin təbliği;
- İnklüzivlik prinsipinə əsasən yaş, cins və fiziki xüsusiyyətlərdən asılı olmayaraq, bütün insanların kütləvi futbola cəlb olunması;
- Kütləvi futbol layihələrinin təkcə hobbi yox, həm də peşəkar futbol fəaliyyətinin vacib hissəsi olduğunu sübut etmək;
- Pandemiya şəraitinə uyğun aktiv idman fəaliyyətinin bərpası və strukturlaşdırılmış futbolun inkişaf etdirilməsi;
 
Büdcə:
1-ci yer – 5,000 AZN
2-ci yer – 3,000 AZN
3-cü yer – 1,500 AZN 
 
Kim iştirak edə bilər?
- Fiziki şəxslər;
- Dövlət təşkilatları;
- İctimai təşkilatlar və fondlar;
- Qeyri-hökumət təşkilatları;
- AFFA-nın birbaşa və dolayı üzvləri, Peşəkar Futbol Klublarının nümayəndələri istisna olmaqla, digər hüquqi şəxslər (şirkət, holdinq və s.);
- Təhsil ocaqları və ya onları təmsil edən şagird və tələbələr;
 
Baş Sponsor 
Partnyorlar