18 aprel 2026-cı il tarixində AFFA U-17 Liqasında keçirilən Qarabağ FK-Neftçi PFK qarşılaşması bitdikdən sonra Qarabağ FK komandasının N24 futbolçusu Nizami Mənsimov kütləvi qarşıdurmada iştirak edərək oyun qaydalarına hörmətsizlik etdiyinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün növbəti 1 (bir) oyuna buraxılmasın. (Maddə 17.5)
18 aprel 2026-cı il tarixində AFFA U-17 Liqasında keçirilən Qarabağ FK-Neftçi PFK qarşılaşması bitdikdən Neftçi PFK komandasının N8 futbolçusu Kamil Həsənov kütləvi qarşıdurmada rəqibin ünvanına qeyri-etik ifadələr işlətdiyinə görə qırmızı vərəqə ilə cəzalandırıldığı üçün növbəti 3 (üç) oyuna buraxılmasın. (Maddə 52.3)
18 aprel 2026-cı il tarixində AFFA U-17 Liqasında keçirilən Şəfa FK-Sabah FK oyununda Şəfa FK komandasının köməkçi məşqçisi Eşqin Quliyev qarşılaşmanın 45-ci dəqiqəsində hakimin qərarına etiraz etdiyinə görə ikinci sarı vərəqə ilə texniki zonadan kənarlaşdırıldığı üçün növbəti 1 (bir) oyuna buraxılmasın. (Maddə 51.2)
18 aprel 2026-cı il tarixində AFFA U-17 Liqasında keçirilən Şəfa FK-Sabah FK oyununda Şəfa FK komandasının heyətində N1 futbolçu Raquf Həsənov qarşılaşmanın 90+3-cü dəqiqəsində rəqibi aşkar qol vurmaq imkanından məhrum etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün növbəti 1 (bir) oyuna buraxılmasın. (Maddə 46)
18 aprel 2026-cı il tarixində AFFA U-17 Liqasında keçirilən Araz Naxçıvan PFK-Sumqayıt FK oyununda Araz Naxçıvan PFK komandasının heyətində N10 futbolçu Məhəmməd Əliyev qarşılaşmanın 90+2-ci dəqiqəsində qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün növbəti 1 (bir) oyuna buraxılmasın. (Maddə 17.5)
11 aprel 2026-cı il tarixində AFFA U-17 Liqasında keçirilən Sabah FK-Qarabağ FK oyununda Qarabağ FK komandasının heyətində N21 futbolçu Uğur Qurbanlı qarşılaşmanın 90-cı dəqiqəsində hakimin qərarına etiraz etdiyinə görə ikinci sari vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün növbəti 1 (bir) oyuna buraxılmasın. (Maddə 51.2)
11 aprel 2026-cı il tarixində AFFA U-17 Liqasında keçirilən Sabah FK-Qarabağ FK oyununda Sabah FK komandasının heyətində N24 futbolçu Nihad Cəfərzadə qarşılaşmanın 90+4-cü dəqiqəsində qeyri-idman hərəkətinə görə ikinci sari vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün növbəti 1 (bir) oyuna buraxılmasın. (Maddə 17.5)
11 aprel 2026-cı il tarixində AFFA U-17 Liqasında keçirilən Sabah FK-Qarabağ FK oyununda Qarabağ FK komandasının baş məşqçisi Vüqar Əsgərli qarşılaşma bitdikdən sonra hakimlər briqadasını təhqir etdiyinə görə qırmızı vərəqə ilə cəzalandırıldığı üçün növbəti 4 (dörd) oyuna buraxılmasın. (Maddə 52.4)
20 aprel 2026-cı il tarixində AFFA U-17 Liqasında keçirilən Dinamo(Bakı)-Universal Football Academy oyununda Universal Football Academy komandasının heyətində N23 futbolçu Yusif İsmayılzadə qarşılaşmanın 43-cü dəqiqəsində qeyri-idman hərəkətinə görə ikinci sari vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün növbəti 1 (bir) oyuna buraxılmasın. (Maddə 17.5)
20 aprel 2026-cı il tarixində AFFA U-17 Liqasında keçirilən Dinamo(Bakı)-Universal Football Academy oyununda Dinamo(Bakı) komandasının heyətində N5 futbolçu Qadir Əliyev qarşılaşmanın 51-ci dəqiqəsində qeyri-idman hərəkətinə görə ikinci sari vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün növbəti 1 (bir) oyuna buraxılmasın. (Maddə 17.5)
19 aprel 2026-cı il tarixində AFFA U-16 Liqasında keçirilən Dinamo(Bakı)-Kəpəz PFK oyununda Kəpəz PFK komandasının məşqçisi Elşan Hüseynov qarşılaşmanın 89-cu dəqiqəsində hakimi təhqir etdiyinə görə qırmızı vərəqə ilə texniki zonadan kənarlaşdırıldığı üçün növbəti 4 (dörd) oyuna buraxılmasın. (Maddə 52.4).
18 aprel 2026-cı il tarixində AFFA U-15 Liqasında keçirilən Şamaxı FK-ROFM oyununda Şamaxı FK komandasının heyətində N3 futbolçu Rafiq Babayev qarşılaşmanın 62-ci dəqiqəsində qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün növbəti 1 (bir) oyuna buraxılmasın. (Maddə 17.5)
19 aprel 2026-cı il tarixində AFFA U-15 Liqasında keçirilən İmişli-Karvan-Yevlax oyununda Karvan-Yevlax komandasının heyətində N13 futbolçu Ramazan Bayramlı qarşılaşmanın 65-ci dəqiqəsində rəqibi təhqir etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün növbəti 3 (üç) oyuna buraxılmasın. (Maddə 52.3)
19 aprel 2026-cı il tarixində AFFA U-14 Liqasında keçirilən Baku Sporting-Ulduz FA oyununda Baku Sporting komandasının heyətində N2 futbolçu İbrahim Məmmədov qarşılaşmanın 62-ci dəqiqəsində rəqibi aşkar qol vurmaq imkanından məhrum etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün növbəti 1 (bir) oyuna buraxılmasın. (Maddə 46)
19 aprel 2026-cı il tarixində AFFA U-14 Liqasında keçirilən Yasamal Bakı-Mübariz FA oyununda Yasamal Bakı komandasının heyətində adları protokolda qeyd edilməyən oyunçular iştirak etdiyi üçün Yasamal Bakı komandasına 0:3 hesablı texniki məğlubiyyət verilsin. (Maddə 49)
16 aprel 2026-cı il tarixində AFFA U-14 Liqasında keçirilməli olan European Football Academy-Young Pro oyunu Young Pro komandası oyuna çıxmaqdan imtina etdiyinə görə baş tutmadığı üçün Young Pro komandasına 0:3 hesablı texniki məğlubiyyət verilsin. (Maddə 79.1)
19 aprel 2026-cı il tarixində AFFA U-14 Liqasında keçirilən MOİK-Modern FC oyununda MOİK komandasının heyətində N4 futbolçu Əli Mustafa qarşılaşmanın 7-ci dəqiqəsində rəqibi aşkar qol vurmaq imkanından məhrum etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün növbəti 1 (bir) oyuna buraxılmasın. (Maddə 46)
19 aprel 2026-cı il tarixində AFFA U-14 Liqasında keçirilən Liman UFK-Araz Bakı oyununda Liman UFK komandası turu buraxmalı olan N14 futbolçu Elşad Qafarlı meydanda iştirak etdiyi üçün Liman UFK komandasına 0:3 hesablı texniki məğlubiyyət verilsin. (Maddə 49)
18 aprel 2026-cı il tarixində AFFA U-11 Liqasında keçirilən Zirə PFK-Azərbaycan Qartalları FK oyununun 48-ci dəqiqəsində Zirə PFK komandasının baş məşqçisi Afin Bağırov texniki zona qaydalarını pozaraq rəqib baş məşqçi ilə dava etdiyi üçün növbəti 5 (beş) oyuna buraxılmasın. (Maddə 47.2 və 48.2)
18 aprel 2026-cı il tarixində AFFA U-11 Liqasında keçirilən Zirə PFK-Azərbaycan Qartalları FK oyununun 48-ci dəqiqəsində Azərbaycan Qartalları FK komandasının baş məşqçisi Tural Axundov texniki zona qaydalarını pozaraq rəqib baş məşqçi ilə dava etdiyi üçün növbəti 5 (beş) oyuna buraxılmasın. (Maddə 47.2 və 48.2)
U-10 Liqasında iştirak edən Karvan-Yexlax komandası SUHB komandasına məxsus futbolçunu müxtəlif oyunlarda ən azı 3 dəfə öz heyətinə cəlb etdiyinə görə Karvan-Yevlax komandasına 0:3 hesablı texniki məğlubiyyət verilsin, komanda yarışlardan kənarlaşdırılsın. Komandanın baş məşqçisi Oqtay Əlizadənin 6 ay müddətinə futbola aid istənilən fəaliyyətdə iştirak etməsi qadağan edilsin (maddə 99, 79.4, 97.1, 97.2, 11.3)
18.04.2026 tarixində AFFA U-16 Qızlar liqasında keçirilmiş Şəfa FK – Təhsil 8 İOEUGİM oyununda Şəfa FK komandasının meneceri Anar Əliyev etiraz edərək təhqiredici və nalayiq ifadələr işlətdiyinə görə hakim tərəfindən qırmızı vərəqə ilə cəzalandırıldığı üçün növbəti 4 (dörd) oyuna buraxılmasın. (Maddə 52.4)
Qeyd: İntizam Komitəsinin qərarından apellyasiya şikayəti bu barədə bildiriş verildikdən sonra 15 (on beş) gün ərzində Apellyasiya Arbitraj Tribunalın İntizam Palatasına verilə bilər.