az en
News / AFFA İntizam Komitəsinin qərarları

AFFA İntizam Komitəsinin qərarları

İntizam Komitəsi Dərc olundu: 17.04.2026 Çap
15 aprel 2026-cı il tarixində I Liqada XXII turun MOİK – “Zaqatala” oyununda MOİK komandasında 5 nəfər sarı vərəqə aldığı üçün MOİK komandası 210 manat cərimə edilsin (maddə 43.1);
AFFA İntizam Komitəsinin qərarları
15 aprel 2026-cı il tarixində I Liqada XXII turun “Şahdağ Qusar” – “Cəbrayıl” oyununun 86-cı dəqiqəsində “Cəbrayıl” komandasının 12 nömrəli futbolçusu Andzuno Eli ikinci sarıdan qırmız vərəqə aldığı üçün 1 oyun oyuna buraxılmasın, “Cəbrayıl” komandası 150 manat cərimə edilsin (maddə 17.5, 17.7);
 
16 aprel 2026-cı il tarixində I Liqada XXII turun “Mingəçevir” – “Difai” oyununda meydançaya kənar əşyalar atıldığına və bu hal cari mövsümdə 2-ci dəfə təkrarlandığına görə “Mingəçevir” komandası 900 manat cərimə edilsin (maddə 86.3);
 
16 aprel 2026-cı il tarixində I Liqada XXII turun “Səbail” – “Şimal” oyununda “Şimal” komandasının 5 futbolçusu sarı vərəqə aldığı üçün “Şimal” komandası 210 manat cərimə edilsin (maddə 43.1)
 
8 aprel 2026-cı il tarixində AFFA Gənclər Liqasında keçirilən Qəbələ İK-Sabah FK oyununda Qəbələ İK komandasının heyətində N12 futbolçu Nicat Kərimov qarşılaşmanın 83-cü dəqiqəsində təcavüzkar davranışa görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün npvbəti 3 (üç) oyuna buraxılmasın. (Maddə 45.1)
 
11 aprel 2026-cı il tarixində AFFA Gənclər Liqasında keçirilən Sumqayıt FK-Araz Naxçıvan PFK oyununda Araz Naxçıvan PFK komandasının heyətində N80 futbolçu Hüseyn Abdullayev qarşılaşmanın 60-cı dəqiqəsində qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı və meydandan çıxarkən hakimlər briqadasını təhqir etdiyi üçün növbəti 5 (beş) oyuna buraxılmasın. (Maddə 17.5 və 52.4)
 
10 aprel 2026-cı il tarixində AFFA U-17 Liqasında keçirilən Kəpəz PFK-Neftçi PFK oyununun 27-ci dəqiqəsində Kəpəz PFK komandasının baş məşqçisi Anar Kələntərov hakimi təhqir etdiyinə görə qırmızı vərəqə ilə texniki zonadan kənarlaşdırıldığı üçün növbəti 4 (dörd) oyuna buraxılmasın. (Maddə 52.4)
 
11 aprel 2026-cı il tarixində AFFA U-17 Liqasında keçirilən Zirə PFK-Araz Naxçıvan PFK oyununda Zirə PFK komandasının heyətində N15 futbolçu Tunar Həsənov qarşılaşmanın 15-ci dəqiqəsində rəqibi aşkar qol vurmaq imkanından məhrum etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün növbəti 1 (bir) oyuna buraxılmasın. (Maddə 46)
 
11 aprel 2026-cı il tarixində AFFA U-16 Liqasında keçirilən Kəpəz PFK-Metak FK oyununda Kəpəz PFK komandasının heyətində N15 futbolçu Cavid Rüstəmov təcavüzkar davranışa görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün növbəti 3 (üç) oyuna buraxılmasın. (Maddə 45.1) 
 
11 aprel 2026-cı il tarixində AFFA U-16 Liqasında keçirilən Kəpəz PFK-Metak FK oyununda Kəpəz PFK komandasının heyətində N21 futbolçu Məhdi Bağırov təcavüzkar davranışa görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün növbəti 3 (üç) oyuna buraxılmasın. (Maddə 45.1)
 
11 aprel 2026-cı il tarixində AFFA U-16 Liqasında keçirilən Kəpəz PFK-Metak FK oyununda Kəpəz PFK komandasının heyətində N22 Turan Salahlı təcavüzkar davranışa görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün növbəti 3 (üç) oyuna buraxılmasın. (Maddə 45.1)
 
11 aprel 2026-cı il tarixində AFFA U-16 Liqasında keçirilən Kəpəz PFK-Metak FK oyununda qarşılaşmanın 86-cı dəqiqəsində Metak FK komandasının heyətində N8 futbolçu Xalid İsmayılov təcavüzkar davranışa görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün növbəti 3 (üç) oyuna buraxılmasın. (Maddə 45.1)
 
11 aprel 2026-cı il tarixində AFFA U-16 Liqasında keçirilən Kəpəz PFK-Metak FK oyununda N7 futbolçu Əli Zamanov təcavüzkar davranışa görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün növbəti 3 (üç) oyuna buraxılmasın. (Maddə 45.1)
 
11 aprel 2026-cı il tarixində AFFA U-16 Liqasında keçirilən Kəpəz PFK-Metak FK oyununda qarşılaşmanın 86-cı dəqiqəsində Kəpəz PFK komandasının heyətində N7 futbolçu Allahverdi Ələkbərov icazəsiz meydana daxil olduğuna görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün növbəti 1 (bir) oyuna buraxılmasın. (Maddə 47.1)
 
12 aprel 2026-cı il tarixində AFFA U-15 Liqasında keçirilən ROFM-Fireland FC oyununda Fireland FC komandasının heyətində N13 futbolçu Yusif Musayev qarşılaşmanın 21-ci dəqiqəsində rəqibi aşkar qol vurmaq imkanından məhrum etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün növbəti 1 (bir) oyuna buraxılmasın. (Maddə 46)
 
12 aprel 2026-cı il tarixində AFFA U-15 Liqasında keçirilən ROFM-Fireland FC oyununda qarşılaşmanın 68-ci dəqiqəsində ROFM komandasının heyətində N18 futbolçu Ağasəf İbrahimli rəqibi təhqir etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün növbəti 3 (üç) oyuna buraxılmasın. (Maddə 52.3)
 
12 aprel 2026-cı il tarixində AFFA U-15 Liqasında keçirilən ROFM-Fireland FC oyununda qarşılaşmanın 68-ci dəqiqəsində Fireland FC komandasının heyətində N20 futbolçu Aslan Umudlu təhqir etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün növbəti 3 (üç) oyuna buraxılmasın. (Maddə 52.3)
 
11 aprel 2026-cı il tarixində AFFA U-15 Liqasında keçirilən Neftçi PFK-Qarabağ FK oyununda Neftçi PFK komandasının heyətində N20 futbolçu Sultan Orucov qarşılaşmanın 70-ci dəqiqəsində təcavüzkar davranışa görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı və bundan sonra rəqib texniki zonanı təhqir etdiyi üçün növbəti 6 (altı) oyuna buraxılmasın. (Maddə 45.1 və 52.3)
 
11 aprel 2026-cı il tarixində AFFA U-15 Liqasında keçirilən Neftçi PFK-Qarabağ FK oyununda qarşılaşmanın 70-ci dəqiqəsində Qarabağ FK komandasının heyətində N4 futbolçu Məhəmməd Ağamalıyev təcavüzkar davranışa görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün növbəti 3 (üç) oyuna buraxılmasın. (Maddə 45.1)
 
12 aprel 2026-cı il tarixində AFFA U-14 Liqasında keçirilən Zirvə FK-European Football Academy oyununda European Football Academy komandasının heyətində N66 futbolçu Süleyman Qafarzadə qarşılaşmanın 42-ci dəqiqəsində rəqibi təhqir etdiyinə  görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün növbəti 2 (iki) oyuna buraxılmasın. (Maddə 52.3)
 
29 mart 2026-cı il tarixində AFFA U-12 Liqasında keçirilməli olan Şorsu(Şəki)-Alfa(Zaqatala) oyunu Şorsu(Şəki) komandası təyin edilən vaxtda meydanda olmadığına görə baş tutmadığı üçün Şorsu (Şəki) komandasına 0:3 hesablı texniki məğlubiyyət verilsin. Bu hal 3-cü dəfə təkrarlandığı üçün Şorsu (Şəki) komandası yarışdan kənarlaşdırılsın. (Maddə 79.1 və 79.4)
 
25 mart 2026-cı il tarixində AFFA U-9 Liqasında keçirilən Yasamal FM-Hünər FK oyunundan sonra Yasamal FM komandasının baş məşqçisi İsmayıl Nəsibov təcavüzkar davranış etdiyinə görə növbəti 3 (üç) oyuna buraxılmasın. (Maddə 99, 45.1)
 
Qeyd: İntizam Komitəsinin qərarından apellyasiya şikayəti bu barədə bildiriş verildikdən sonra 15 (on beş) gün ərzində Apellyasiya Arbitraj Tribunalın İntizam Palatasına verilə bilər.
Baş Sponsor