az en
News / Lisenziyalaşdırma mövsümünün açılış iclası keçirilib

Lisenziyalaşdırma mövsümünün açılış iclası keçirilib

AFFA Dərc olundu: 15.10.2026 Çap
AFFA-nın Təhsil və Reabilitasiya Mərkəzində 2027/2028-ci illər lisenziyalaşdırma mövsümünə həsr olunmuş açılış iclası keçirilib.
Lisenziyalaşdırma mövsümünün açılış iclası keçirilib
İclasda AFFA-nın əməkdaşları, Misli Premyer Liqası, I və II Liqa, eləcə də Qadınlar Super Liqasında çıxış edən klubların nümayəndələri iştirak ediblər.
Lisenziya və Qeydiyyat departamentinin rəisi Seymur Səlimli iclası açaraq klublara yeni lisenziyalaşdırma mövsümündə uğurlar arzulayıb.
İclasda ötən mövsümün icmalı, Lisenziya və Qeydiyyat departamentinin yenilənmiş təşkilati strukturu, rəsmi sənədlərdə və lisenziyalaşdırma qaydalarında edilən dəyişikliklər, həmçinin klubların növbəti mərhələdə atmalı olduqları addımlarla bağlı təqdimatlar keçirilib.
Tədbirin sonunda klub nümayəndələrinin sualları cavablandırılıb.
 
Baş Sponsor