az en
News / Lisenziyalaşdırma Qrupu UEFA seminarında iştirak edib

Lisenziyalaşdırma Qrupu UEFA seminarında iştirak edib

Lisenziya Dərc olundu: 10.10.2022 Çap
İtaliyanın Roma şəhərində UEFA-nın üzv assosiasiya nümayəndələrinin iştirakı ilə UEFA-nın Klubların Lisenziyalaşdırılması və Maliyyə Dayanıqlığı mövzusunda seminarı keçirilib.
 
Lisenziyalaşdırma Qrupu UEFA seminarında iştirak edib
Seminarda Lisenziyalaşdırma Qrupunun rəhbəri Elçin Məmmədov, eləcə də Lisenziyalaşdırma qrupunun üzvləri Bəhram Dadaşov, Aynur Abdullayeva və Fərhad Ələkbərov iştirak ediblər.
 
Seminarda aşağıdakı mövzular müzakirə olunub:
 
•       Ötən lisenziyalaşdırma mövsümünün icmalı
•       “Klubların Lisenziyalaşdırılması və Maliyyə Dayanıqlığı” ilə bağlı yeni qaydalar
•       İtaliya peşəkar futbolunda Klubların Lisenziyalaşdırması və Monitorinqi
•       UEFA Klubların Monitorinqi və Komplayns
•       Klubların Lisenziyalaşdırması və Oyunçuların Qorunması
•       UEFA-nın Məşqçilik Konvensiyası və Məşqçilik Tələbləri
•       Futbolda Sosial Məsuliyyət/Futbol Dayanıqlığı
•       Qadın futbolunun inkişafı və s.
 
Baş Sponsor 
Partnyorlar