az en
News / Ayxan Abbasov Ağsuda yeniyetmə futbolçularla görüşüb (fotolar)

Ayxan Abbasov Ağsuda yeniyetmə futbolçularla görüşüb (fotolar)

Məşqçilər Dərc olundu: 14.12.2025 Çap
Azərbaycan milli komandasının baş məşqçisi Ayxan Abbasov Ağsuda səfərdə olub. O, Ağsu şəhər stadionunda fəaliyyət göstərən “Hilal Ağsu” uşaq futbol məktəbini ziyarət edib. Yeniyetmələrlə görüşən millimizin baş məşqçisi onlarla səmimi söhbətlər aparıb, gələcək karyeralarında uğurlar arzulayıb
Ayxan Abbasov Ağsuda yeniyetmə futbolçularla görüşüb (fotolar)
Ayxan Abbasov yeniyetmələri futbola olan sevgilərini qorumağa və daim çalışqan olmağa səsləyib. Görüşün sonunda uşaqlar millimizin baş məşqçisi ilə xatirə şəkilləri çəkdirib, ondan avtoqraf alıblar. Ayxan Abbasov yeniyetmələrə futbol topları və digər əşyalar hədiyyə edib.
 
Baş Sponsor