az en
News / Lisenziyalaşdırma qrupunun məlumatı

Lisenziyalaşdırma qrupunun məlumatı

Lisenziya Dərc olundu: 19.05.2015 Çap
Məlumat üçün bildiririk ki, 9 may 2015-ci il tarixdə 2015-16-cı il mövsümündə UEFA-nın klub yarışlarında və Premyer Liqa yarışlarında iştirak etmək hüququnu verən lisenziya üçün müraciət etmiş klubların sənədlərinə AFFA-nın Lisenziya Komissiyasının iclasında baxılmışdır.
 
Lisenziyalaşdırma qrupunun məlumatı
Premyer Liqa yarışlarında iştirak etmək məqsədilə lisenziya üçün müraciət etmiş, lakin lisenziya almamış klubların 10 gün ərzində apellyasiya şikayəti vermək hüququ vardır. 19 may 2015-ci il  şikayətin verilməsi üçün son gün olmuş  və yalnız bu gün, saat 16:30-da Bakı FK tərəfindən apellyasiya  şikayəti daxil olmuşdur.
Apellyasiya şikayətində Lisenziya Komissiyasının qərarının hansı bəndi ilə razı olmadıqları, əlavə heç bir təsdiqedici sənəd təqdim etmədikləri,  həmçinin  “Azərbaycan Futbol “Premyer Liqası”nda iştirak etmək üçün Azərbaycan futbol klublarının lisenziyalaşdırılması üzrə qaydalar”ın müvafiq prosedur tələblərinə riayət etmədikləri üçün Bakı FK-nın apellyasiya şikayətinə baxılması məqsədəuyğun hesab edilməyib.
 
Baş Sponsor 
Partnyorlar