az en
News / Əliyar Ağayev Avropa Liqası matçında

Əliyar Ağayev Avropa Liqası matçında

Hakimlər Dərc olundu: 01.08.2025 Çap
FIFA referisi Əliyar Ağayev növbəti təyinat alıb.
Əliyar Ağayev Avropa Liqası matçında
Ə.Ağayev UEFA Avropa Liqasının III təsnifat mərhələsi çərçivəsində keçiriləcək RFS (Latviya) – “KuPS Kuopio” (Finlandiya) oyununun baş hakimi olacaq. Ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Kamal Umudlu yerinə yetirəcək. İngiltərəli Maykl Selisberi VAR, digər referimiz İnqilab Məmmədov isə AVAR kimi fəaliyyət göstərəcək.
Qarşılaşma avqustun 7-də Riqa şəhərində yerləşən “LNK Sporta Parks” stadionunda keçiriləcək.
Baş Sponsor