az en
News / Əliyar Ağayev növbəti təyinat alıb

Əliyar Ağayev növbəti təyinat alıb

Hakimlər Dərc olundu: 05.06.2025 Çap
FİFA referisi Əliyar Ağayev növbəti təyinat alıb.
Əliyar Ağayev növbəti təyinat alıb
O, Rusiya və Nigeriya milli komandaları arasında iyunun 6-da keçiriləcək yoldaşlıq görüşünün baş hakimi olacaq. Moskvada baş tutacaq qarşılaşmada Əliyar Ağayevə Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Görüşün 4-cü hakimi funksiyasını rusiyalı Yevgeni Kukulyak yerinə yetirəcək.
Qeyd edək ki, “Lujniki” stadionunda keçiriləcək Rusiya – Nigeriya matçı Bakı vaxtı ilə saat 21:00-da başlanacaq.
Baş Sponsor