az en
News / Elçin Məsiyev UEFA Superkubokunda

Elçin Məsiyev UEFA Superkubokunda

Hakimlər Dərc olundu: 14.08.2025 Çap
Azərbaycanlı FIFA referisi Elçin Məsiyev UEFA Superkubokunun PSJ (Fransa) – “Tottenhem” (İngiltərə) qarşılaşmasında dördüncü hakim kimi fəaliyyət göstərib. Oyunu portuqaliyalı Joao Pedro Silva Pineiro idarə edib.
İtaliyanın Udine şəhərində yerləşən “Friuli” stadionunda baş tutan görüş 2:2 hesabı ilə yekunlaşıb. Penaltilər seriyasında daha dəqiq oynayan PSJ Superkubokun sahibi olub. Elçin Məsiyev bu təyinatla UEFA Superkuboku matçında iştirak edən ilk azərbaycanlı hakim kimi futbol tariximizə düşüb.
 
Görüşdən sonra o, UEFA tərəfindən xüsusi mükafatla təltif edilib.
Elçin Məsiyev UEFA Superkubokunda
Baş Sponsor