Futzal üzrə Azərbaycan milli komandası VI İslam Həmrəyliyi Oyunlarında ikinci oyununu keçirib.
A qrupunda yer alan millimiz Özbəkistan yığması ilə qarşılaşıb. Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda təşkil olunan görüşdə rəqib 13:2 hesablı qələbə qazanıb. Millimizin heyətində qolları 9-cu dəqiqədə Emil Həsənzadə və 14-cü dəqiqədə Fərid Abbasov vurub.
Qeyd edək ki, futzalçılarımız növbəti oyununu noyabrın 8-də Səudiyyə Ərəbistanı yığmasına qarşı keçirəcək.