az en
News / Millimiz (Futzal) ilk yoldaşlıq oyununu keçirib

Millimiz (Futzal) ilk yoldaşlıq oyununu keçirib

Futzal Dərc olundu: 22.01.2026 Çap
Bakıda təlim-məşq toplanışında olan futzal üzrə Azərbaycan milli komandası ilk yoldaşlıq oyunu keçirib.
Millimiz (Futzal) ilk yoldaşlıq oyununu keçirib
Millimiz Danimarka yığması ilə qarşılaşıb. Bakı İdman Sarayında təşkil olunan görüş qonaqların 4:1 hesablı qələbəsi ilə yekunlaşıb. Millimizin heyətində qolu 27-ci dəqiqədə Nihad İsmayılov vurub.
Qeyd edək ki, Azərbaycan və Danimarka komandaları arasında növbəti yoldaşlıq oyunu yanvarın 24-də saat 16:00-da keçiriləcək.
Baş Sponsor