AVRO-2024-ün seçmə mərhələsində Azərbaycan milli komandası bu gün növbəti oyununu keçirib. Tofiq Bəhramov adına Respublika stadionunda İsveç yığması ilə qarşılaşan millimiz 3:0 hesabı ilə qələbə qazanıb. Millimizin qollarını 3-cü və 89-cu dəqiqələrdə Emin Mahmudov və 6-cı dəqiqədə Renat Dadaşov vurub.
Komandamız seçmə mərhələdə sonuncu oyununu noyabrın 19-da, Brüsseldə, “King Baudouin Stadium”da Belçika yığmasına qarşı keçirəcək.