az en
News / Millimiz (U-16) III MDB Oyunlarının finalında

Millimiz (U-16) III MDB Oyunlarının finalında

U-16 Dərc olundu: 01.10.2025 Çap
16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Qəbələdə təşkil olunan III MDB Oyunlarında ikinci oyununa çıxıb.
Millimiz (U-16) III MDB Oyunlarının finalında
A qrupunda yer alan U-16 Qırğızıstanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. Qəbələ şəhər stadionunda keçirilən görüş Aqil Nəbiyevin yetirmələrinin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Hesabı 53-cü dəqiqədə Tunar Bayramov açıb. 70 və 75-ci dəqiqələrdə Əli Bəşirov dubla imza atıb. Son nöqtəni isə 78-ci dəqiqədə Roman Fərzəli qoyub. Matçın 59-cu dəqiqəsində kapitan Uğur Qurbanlının penalti zərbəsini rəqibin qapıçısı dəf edib.
Keçirdiyi ilk oyunda Tacikistan yığmasını 1:0 hesabı ilə məğlub edən U-16 millimiz 6 xalla qrup birincisi kimi turnirin finalına vəsiqə qazanıb. Həlledici görüş oktyabrın 4-də keçiriləcək.

Keçmiş Oyunlar

- Lixtenşteyn U-16
24-03   16:15
- Malta U-16
26-03   13:30
Daha çox
Baş Sponsor