az en
News / Millimiz (U-17 Qadınlar) İnkişaf Turnirində ikinci oyununu keçirəcək

Millimiz (U-17 Qadınlar) İnkişaf Turnirində ikinci oyununu keçirəcək

U-17 (qızlar) Dərc olundu: 04.05.2024 Çap
17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Belarusun paytaxtı Minskdə təşkil olunan UEFA İnkişaf Turnirində bu gün ikinci oyununu keçirəcək.
Millimiz (U-17 Qadınlar) İnkişaf Turnirində ikinci oyununu keçirəcək
Millimiz Bakı vaxtı ilə saat 13:00-da ABFF Təlim-Məşq Mərkəzində Qazaxıstanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq. Turun digər görüşündə Belarus və Türkiyə komandaları üz-üzə gələcəklər.
Qeyd edək ki, U-17 ilk oyununda Belarus yığmasına 1:3 hesabı ilə məğlub olub. Qazaxıstan kollektivi isə Türkiyə komandasına 0:5 hesabı ilə uduzub.
Baş Sponsor 
Partnyorlar