az en
News / Millimiz (U-18) “Qəbələ” ilə yoldaşlıq görüşü keçirib

Millimiz (U-18) “Qəbələ” ilə yoldaşlıq görüşü keçirib

U-18 Dərc olundu: 24.09.2024 Çap
18 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Qəbələ toplanışı çərçivəsində yoldaşlıq oyunu keçirib.
Millimiz (U-18) “Qəbələ” ilə yoldaşlıq görüşü keçirib
Millimiz “Qəbələ” ilə üz-üzə gəlib. Qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb. U-18-in heyətində qolu 10-cu dəqiqədə Ziya Səkərxanov vurub.
Qeyd edək ki, sentyabrın 16-dan Qəbələdə təlim-məşq toplanışı keçən U-18-in hazırlığı bu gün başa çatacaq.
Baş Sponsor