18 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Beynəlxalq İnkişaf Turnirində bu gün sonuncu oyuna çıxıb.
Millimiz 5-ci yer uğrunda görüşdə Tacikistanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. Belarusun paytaxtı Minskdə yerləşən yerli futbol federasiyasının məşq meydançasında keçirilən matç rəqibin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Komandamız turnirdə 6-cı yeri tutub.