Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının heyətində dəyişiklik edilib. “Sabah” komandasının oyunçusu Xanım Əsədova milliyə qoşulub.
Millimiz Avropa çempionatının seçmə mərhələsinin son iki turu çərçivəsində iyulun 12-də “Liv Bona Dea Arena”da Macarıstan, iyulun 16-da isə Lozanna şəhərində yerləşən “Olimpik De La Pontez” stadionunda İsveçrə yığması ilə qarşılaşacaq.