az en
News / “İmkanlardan maksimum yararlanmalıyıq"

“İmkanlardan maksimum yararlanmalıyıq"

AVRO-2024 Dərc olundu: 18.11.2023 Çap
AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində sabah Brüssel şəhərindəki “King Baudouin Stadium”da keçiriləcək Belçika – Azərbaycan oyunu öncəsi təşkil olunmuş mətbuat konfransında millimizin baş məşqçisi Canni De Byazi və komandamızın kapitanı Emin Mahmudovun səsləndirdiyi fikirləri nəzərinizə çatdırırıq:
“İmkanlardan maksimum yararlanmalıyıq"
Canni De Byazi: "Fikrimcə, komandamız bu günə qədər yaxşı mərhələ keçib. Komanda bütün oyunlarda meydanda tam gücünü qoyub, yaxşı keyfiyyət göstərib. Bu baxımdan çox yaxşı inkişaf etmişik. Yalnız son oyunda qazandığımız nəticə barədə düşünməməliyik. Sabah da eyni uğuru təkrarlamağa çalışmalıyıq. Güclü komandaya qarşı oynayacağıq. Əlimizə düşən imkanlardan maksimum yararlanmalıyıq. Belçika yığmasının Domeniko Tedesko kimi yaxşı məşqçisi var. Fikrimcə, biz də oyunumuzu tapmışıq. Ötən dəfə də qeyd etmişdim ki, biz Avstriya və Belçikaya qarşı yaxşı oynamışdıq. Sadəcə, fərq onda oldu ki, həmin oyunlarda şanslarımızdan yararlana bilmədik. İsveçlə görüşdə isə bunu bacardıq"
Emin Mahmudov: "Çox yaxşı komandaya qarşı mübarizə aparacaq. Bu görüşdə nəticə qazanmaq istəyirik. Komanda olaraq oyuna hazırıq. Ümid edirəm ki, yaxşı nəticə də əldə edəcəyik".
 
Baş Sponsor 
Partnyorlar